Azərbaycanda icazəsiz ova cəhd edən Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb. 

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02