Azərbaycanda havanın temperaturu aşağı düşəcək - XƏBƏRDARLIQ

Bakı. 15 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. “Report”a daxil olan məlumata görə, aprelin 16-sı axşam və 17-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24