Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Temperatur sentyabrın 1-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Digər xəbərlər

Sabah arabir yağış yağacaq 06 aprel, 2026 / 12:48
Sabah yağış yağacaq 04 aprel, 2026 / 12:37