Azərbaycan rayonlarında plastik qablar üçün quraşdırılan konteynerlərin sayı açıqlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan rayonlarında plastik qabların toplanması və çeşidlənməsi üçün quraşdırılan konteynerlərin sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bu gün keçirilən mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, ölkədə xidməti ərazidə plastik konteynerlərin quraşdırılması 43 ədəd təşkil edir: "Salyan rayonunda 10, Sabirabad rayonunda 4, Şirvan rayonunda 9, Neftçala rayonunda 13, Saatlı rayonunda 3, İmişli rayonunda 4, Hacıqabul rayonunda isə 4 ədəd plastik toplantıların toplanması üçün konteyner quraşdırılıb".

İdarə rəisi qeyd edib ki, Azərbaycanda, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02