Azərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 7-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22