Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 15-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24