Bakıda atmosferə atılan tullantıya görə sexə cavabdeh şəxs cəzalandırılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları növbəti araşdırma və monitorinq keçirib. 

Bu barədə "Report"a verilən nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin noyabr ayında sex barəsində akt, protokol tərtib olunmuş və müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı sexə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi. Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün sexə cavabdeh şəxs A.Aslanov barəsində yenidən protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24