Akif Əlizadə: "Gizli yataqların istifadəyə verilməsi lazımdır"

"Ehtiyatların bir qədər artırılması, yeni koordinatorların daxil edilməsi və başqa gizli yataqların istifadəyə verilməsi lazımdır".

"Report"un xəbərinə görə, bunu Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan geologiyası 7 km-ə qədər dəqiqliklə öyrənilib: "Bu gün informasiya texnologiyaları həm dağ-mədən, həm də başqa sənaye istiqamətlərinə daxil edilməlidir. Gizli yataqların tapılması dağ-mədən sənayesinin gələcəkdə qarşısında duran problemlərdən olmalıdır. Bu sahədə elm və dağ-mədən mütəxəssisləri şərikli işləməlidir".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24