Agentlik sədri: İnfrastruktur işləri aparılarkən qanunvericiliyə riayət edilməlidir

İnfrastruktur işləri aparılarkən qanunvericiliyə riayət edilməlidir.

"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bugünkü ictimai dinləmədə deyib.

O qeyd edib ki, Bakıda boş yer olan kimi orada tikinti işləri aparılır.

"İnfrastruktur işləri aparılan zaman qanunvericiliyə, qaydalara riayət edilməlidir. Şəhərdə yaşıllıqları qorumalıyıq. Biz layihələrə rəy verən zaman yaşıllıqların bərpa edilməsi, onların landşaft elementi kimi saxlanılmasını əsas götürürük. Bu, əsas məqsədlərimizdən biridir".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24