Abşeron rayonunda ağac kəsən tikinti şirkətinin işçisi cərimələnib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti Kooperativ şirkətinin işçisi Samir Hacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38