Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Çində keçirilən "The Singles' Day" aksiyası zamanı onlayn-riteyler "Alibaba"nın satışları ötənilki rekordu qırıb və 9,35 milyard dollara çatıb.
"Report" "BBC News"a istinadən xəbər verir ki, Pekin vaxtı ilə saat 00:00-a olan vəziyyətə görə, şirkətə 278,5 mln sifariş göndərilib.
Bu aksiya çərçivəsində alıcıları müxtəlif çeşidli mallara edilən böyük endirimlər cəlb edir.
"Alibaba" 11 noyabra 2013-cü il tarixində də gün ərzində 5,75 mlrd. dollar həcmində 150 milyon sifariş qəbul edərək rekord vurmuşdu.
Bu il satışa 27 mindən artıq dünya brendinin məhsulları çıxarılıb.