Zelenski müharibənin başa çata biləcəyi tarixi açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsi 2026-cı ildə başa çata bilər, çünki Rusiya ordusunun sayı ilk dəfə olaraq artımını dayandırıb.

"Report" "RBK Ukrayna"ya istinadən xəbər verir ki, o bu barədə ABŞ-yə səfəri çərçivəsində "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə Rusiya müqavilə ilə orduya hər ay təxminən 43 min nəfəri səfərbər edirdi, lakin 2025-ci ildə vəziyyət dəyişib. İlk dəfə olaraq Rusiya ordusunda səfərbər edilənlərin sayı itkilərin sayına bərabərdir, bu səbəbdən qoşunların say artımı dayanıb.

"Bu il ilk dəfə olaraq Rusiyada səfərbər edilənlərin və itkilərin sayı bərabərdir. Ona görə də, bu il, ordunun say artımı dayandırıb. Bu səbəbdən ümid edirik ki, 2026-cı ildə müharibəni sonlandıracağıq", - V.Zelenski bildirib.

Digər xəbərlər