Yuri Malaşko: "Rusiyanın nəzarəti altında olan ərazilərdən ukraynalıların üçüncü ölkə vasitəsilə köçü başlayıb"

"Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərindən sakinlərin üçüncü ölkə vasitəsilə köçü başlayıb".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.

O, ərazinin minalanmasını da vurğulayıb.

"Bütün cəbhə boyu heç bir istiqamətdə sadə vətəndaşların sərbəst keçməsi üçün yer yoxdur. Üstəlik, həmin ərazilər minalanıb. Rusiya tərəfi öz növbəsində işğal altında qalmış ərazilərdəki Ukrayna vətəndaşlarının keçidinə icazə vermir. Biz insanların üçüncü ölkələr vasitəsilə digər ərazilərimizə keçməsinə çağırış edirik. Bu yolla gələn insanlar da var", - deyə o əlavə edib.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20