Yunanıstanda son sutka ərzində 20 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 3 088-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkada virusdan dünyasını dəyişən olmayıb. Ümumilikdə COVID-19 183 nəfərin ölümünə səbəb olub.
Eyni zamanda, 155 nəfər infeksiyadan sağalaraq evə buraxılıb.