Yunanıstanda F-16 qırıcısı qəzaya uğrayıb

Yunanıstanda F-16 qırıcısı Andravida aviabazasına məcburi eniş nəticəsində qəzaya uğrayıb.

"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, pilot sağ qalıb.

Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və zədələnib.

Bundan əvvəl ABŞ-ın Texas ştatında hərbi təyyarə yaşayış məntəqəsinə çırpılıb, nəticədə iki pilot yaralanıb. Üç evə ziyan dəyib, onların sahibləri müvəqqəti olaraq başqa yaşayış yerlərinə köçürülüb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09