Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib.
"Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb.
Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasının üzvlərini zərərsizləşdirib.
Hökumət qüvvələrinin nümayəndəsi Məcid Abdulla əl-Nazili bildirib ki, şəhərdən 11 km məsafədə yerləşən Moxa - Zubab yolunda da husilərin texnikasına və canlı qüvvəsinə zərbələr endirilib.