Yəməndə partlayış törədilib, ən azı 6 nəfər ölüb

Bakı. 6 iyul. REPORT.AZ/ Yəmənin cənubunda, Ədən şəhəri aeroportunun yaxınlığında yerləşən hərbi bazada iki partlayış baş verib. 

"Report"un AFP-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 6 hərbçi ölüb. 

Məlumata görə, bazanın girişindəki avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Bundan başqa, hücumçular hərbi obyektin ərazisinə girməyə və ikinci nəqliyyat vasitəsini partlatmağa müvəffəq olublar. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09