Tramp: İranla müzakirələrdə kiminlə danışdığımızı artıq bilmirəm

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla müzakirələr apardığı şəxslərin kimliyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını bildirib.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə Arizona ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

Tramp iddia edib ki, İran tərəfi ABŞ-dan İran rəhbərlərini aradan götürməyəcəyinə dair vəd verməsini tələb edib.

"Onların birinci səviyyəli rəhbərləri məhv edildi, sonra ikinci səviyyəli rəhbərlər seçdilər. İkinci səviyyəli rəhbərləri də məhv edildi və bu dəfə üçüncü səviyyəli şəxsləri seçdilər. Onların yarısı artıq yoxdur. Onlar məndən daha heç kimi aradan götürməyəcəyimə söz verməyimi tələb etdilər və mən sözümə əməl etdim. Bəlkə də, bir qədər həddi aşmışam. Təəssüf edirəm, çünki artıq danışıqlarda kiminlə üz-üzə olduğumuzu başa düşmürəm", – Tramp bildirib.

ABŞ Prezidenti çıxışında İranla müharibənin başlanmasından sonra benzin qiymətlərinin daha kəskin artacağını gözlədiyini də etiraf edib.

"Benzinin qiymətinin artacağını bilirdim, amma bunun nə qədər olacağını təsəvvür etmirdim. Düzünü desəm, qiymətlərin daha çox yüksələcəyini düşünürdüm", – o qeyd edib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09