Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral III Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnhemlə vacib görüş olacaq. Təhlükəsizlik məsələlərinin geniş spektri barədə danışacağıq. Bizi gücləndirəcək qərarlar hazırlayırıq. Dəstəyə görə Krala, baş nazirə və bütün Britaniyaya təşəkkür edirəm!", - deyə o qeyd edib.