​Yəməndə baş nazirin iqamətgahı atəşə tutulub, 12 nəfər ölüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Yəmənin Ədən şəhərində baş nazir Xalid Bahahın iqamətgahının atəşə tutulması nəticəsində 12 nəfər ölüb.

"Report" "CNN"-ə istinadən xəbər verir ki, hadisə zamanı baş nazir xəsarət almayıb. Ölənlərdən üçü Birləşmiş Ərəb Əmirliyi ordusunun əsgəridir.

Atışmanın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09