Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib

Yəmənin Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi husilərin intensiv hücumlarına qarşı ümumi səfərbərlik çağırışı edib.

"Report"un məlumatına görə, bu barədə Yəmənin İnformasiya Nazirliyinin açıqlamasında bildirilib.

Əl-Alimi hökumət qüvvələri ilə husilər arasında döyüşlərin artması fonunda milli səfərbərlik çağırışı edib.

O, həmçinin hökumətə keçəcək husilər üçün amnistiya elan etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər