Yaponiyanın Kutinoerabu adasında vulkan püskürüb - VİDEO

Bakı. 17 yanvar. REPORT.AZ/ Yaponiyanın Kutinoerabu adasında vulkan püskürməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin milli meteoroloji idarəsinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, vulkanik ada ərazisi təxminən 38 kvadrat kilometrdir. Orada 150-dən çox insan yaşayır.

Məlumata görə, yerli sakinlər adanı tərk etmək məcburiyyətində qalıblar.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10