Yaponiyanın baş naziri parlamentin aşağı palatasını buraxıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Yaponiya parlamentinin aşağı palatası buraxılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb.

Bildirilir ki, parlament baş nazir Sindzo Abenin qərarı ilə səlahiyyətlərini dayandırıb. 

Baş nazir həmçinin aşağı palataya növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09