Hindistanda qayığın aşması nəticəsində 13 nəfər ölüb

Bihar ştatında (Hindistan) Qanq çayında qayığın aşması nəticəsində 13 nəfər ölüb.

"Report" "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Vayşali administrasiyasının rəhbəri Varşi Sinqh bildirib.

"Ölənlər arasında 9 qız və 4 oğlan var, onlardan ən kiçiyinin 6 yaşı, ən böyüyünün isə 16 yaşı var", - o bildirib.

Onun sözlərinə görə, xilas edilən altı nəfər xəstəxanada müalicə alırlar.

Qayıqda 20-yə yaxın şəxs olub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12