XİN: ​Pakistan ərazisində İŞİD silahlısı yoxdur

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Pakistan ərazisində İŞİD qruplaşmasının silahlısı yoxdur". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin təmsilçisi Qazi Xəlillullah İslamabadda keçirdiyi brifinqdə bildirib.

"Pakistan tərəfi İŞİD silahlılarını qonşu Əfqanıstan ərazisində təsbit edib. Mövqeyimiz belədir: terrorçuluqla qələbə qazananadək mübarizə aparacağıq", - o vurğulayıb. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09