İsrail Müdafiə Ordusu “Xalq Müqavimət Komitələri”nin Rəfahdakı hərbi bölməsinin rəhbərinin öldürüldüyünü açıqlayıb.
Bu barədə “Report” İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.
Bildirilib ki, İsrail Müdafiə Ordusu HƏMAS-ın yüzlərlə strukturunu və Şücaiyyə qəsəbəsində fəaliyyət göstərən təşkilatlarını məhv edib. Bu strukturlara tank əleyhinə raket buraxılış məntəqələri, tunellər, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzlərinin daxil olduğu bildirilib.
Nəcməddin Quluzadə