WP: Heqset piyada əleyhinə minaların tətbiqinə qoyulan qadağaya yenidən baxmağa çağırıb

ABŞ-nin müharibə naziri Pit Heqset piyada əleyhinə minaların istifadəsinə icazə verilməsinin zəruriliyini bəyan edib. Silahların tətbiqi ilə bağlı yeni qaydaların 90 gün ərzində hazırlanması təklif olunur.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" Pentaqon sənədinə istinadən xəbər yayıb.

Sənəddə qeyd olunub ki, qadağanın mümkün ləğvi "ölkənin təhlükəsizlik sahəsində tarix boyu ən təhlükəli vəziyyətlərindən birində" ABŞ qoşunlarının gücünü "bir neçə dəfə artıracaq".

Pentaqonun gələcək dəyişikliklər üçün müəyyən etdiyi hədəflər arasında piyada əleyhinə minaların istifadəsinə dair ərazi məhdudiyyətlərinin aradan qaldırılması da var.

Sənədə əsasən, ABŞ Prezidenti Donald Tramp piyada əleyhinə minaların zərərsizləşdirilməsi üzrə humanitar proqramı ləğv edib.

Digər xəbərlər