"Wizz Air" reysi partlayış təhlükəsi səbəbindən Budapeştdə təcili eniş edib

London-Sofiya marşrutu üzrə hərəkət edən "Wizz Air" aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi səbəbindən Budapeştdə eniş etmək məcburiyyətində qalıb.

"Report" "Telex.hu"ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi sosial şəbəkələrdə bildirib.

"NATO-nun hava hücumundan müdafiə xidməti ALPHA həyəcan siqnalı verib. Fövqəladə vəziyyətlə əlaqədar olaraq Macarıstan Silahlı Qüvvələrinin "Gripen" qırıcıları xəbərdar edilib, onlar bir neçə dəqiqə ərzində havaya qalxaraq təyyarəni Ferents List adına Beynəlxalq Hava Limanına qədər müşayiət ediblər", - o qeyd edib.

Digər xəbərlər