Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Bir qrup etirazçı Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazasının əsas girişini bağlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ictimai asayişi pozma və digər hüquqpozmalar törətmə şübhəsi ilə həbslər həyata keçirirlər.

"Qanlı müharibələrə son" (No More Bloody Wars) etiraz qrupunun məlumatına görə, aksiya ABŞ-nin iştirak etdiyi "qanunsuz müharibələrə" qarşı yönəlib və sabah keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərlə əlaqələndirilib.

Aksiyanın on iştirakçısı bazanın əsas girişində özlərini avtomobilə və bir-birinə bağlamaq üçün xüsusi möhkəm qıfıllardan istifadə ediblər.

Etirazçılar Britaniya hökumətini ölkə ərazisindəki ABŞ hərbi bazalarını bağlamağa çağırıb, Londonun Yaxın Şərqdəki münaqişələrə dəstəyini dayandırmasının vacibliyini vurğulayıblar.

Digər xəbərlər