Fransanın Baş naziri etiraz aksiyalarında iştirak edən bir qrup yuxarı sinif şagirdi ilə görüşəcək

Fransanın Baş naziri Sebastyan Lekornyu gələn həftə yuxarı sinif şagirdlərinin nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.

"Razılaşdırıldığı kimi, gələn həftə üçün Baş nazirin yuxarı sinif şagirdləri ilə görüşü təyin edilib", - bəyanatda bildirilib.

Görüçün təyin olunmasına baxmayaraq, Fransa Milli Tələbələr İttifaqı noyabrın 3-də kütləvi nümayişlər keçirməyə çağırıb. Məlumata görə, noyabrın 5-də isə etirazlara nəqliyyat işçiləri və s. qoşula bilər.

Bu gün yuxarı sinif şagirdləri və tələbələr Paris, Lion, Renn, Marsel və İvri-sür-Sendə lisey və universitetlərin blokadasını təşkil etməyə başlayıblar.

Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, ümumilikdə 40 orta məktəb bağlanıb.

Digər xəbərlər