​Vyetnamda hərbi helikopter qəzaya uğrayıb, pilotlar ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Xoşimin şəhəri rayonlarından birində Vyetnam Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, "UH-1" vertolyotu təlim uçuşu zamanı havaya qalxdıqdan 8 dəqiqə sonra yerə düşüb. Pilotların dördü də ölüb.

Bu vertolyotlar ABŞ istehsalıdır. Vyetnam müharibəsi zamanı həmin helikopterlər Cənubi Vytenamı dəstəkləmək üçün ABŞ tərəfindən verilib.

Digər xəbərlər

Tramp İranı hədələyib 26 iyul, 2026 / 03:34