Vens UNO sənədlərini nəzərdən keçirmək niyyətindədir

ABŞ-nin Vitse-prezidenti Jey Di Vens ABŞ administrasiyasının uçan naməlum obyektlər (UNO) və yerdənkənar həyat formaları ilə bağlı sənədlərini nəzərdən keçirmək planlarını açıqlayıb.

"Report"un məlumatına görə, o, bu açıqlamanı jurnalist Benni Consona müsahibəsində verib.

"Vitse-prezident vəzifəsində hələ üç ilim qalıb və UNO sənədlərinin mahiyyətini anlayacağam", - o qeyd edib.

Vens artıq bəzi materialları nəzərdən keçirdiyini, lakin bunun qəti fikir formalaşdırmaq üçün kifayət olmadığını bildirib.

Jey Di Vens həmçinin əlavə edib ki, onun fikrincə, yadplanetlilər "cinlərdir".

Digər xəbərlər