Venesuelanın Valensiya şəhərindəki hava limanına ildırım düşməsi nəticəsində doqquz nəfər xəsarət alıb.
"Report" "El Universal" qəzetinə istinadən xəbər verir ki, hadisə güclü tropik leysan zamanı yaşanıb.
İldırım uçuş-enmə zolağına bitişik yaşıl zonaya düşüb. Xəsarət alanlar arasında Milli Qvardiyanın dörd hərbi qulluqçusu və xidmət şirkətlərinin beş əməkdaşı var.
Onların hamısına tibbi yardı göstərilib. Xəsarət alanların vəziyyəti sabit qiymətləndirilir.