Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər

Ağ Ev rəhbəri Donald Tramp Venesuela ərazisində ABŞ-nin hərbi bazasının yaradılması ehtimalını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə o, Ağ Evin həyətində jurnalistlərə açıqlama verərkən, ABŞ hərbi bazasının Venesuelada və ya Cənubi Amerikanın başqa bir ölkəsində yerləşdirilməsi ehtimalı barədə suala cavab olaraq bildirib.

"Çox şey etmək istəyirik. Biz əla yola gedirik. Venesueladakı vəziyyət çox yaxşıdır, insanlar razıdır", - Tramp deyib.

ABŞ lideri həmçinin iki ölkə arasında neft sahəsində əməkdaşlığın inkişafını qeyd edib.

"Biz böyük həcmdə neft alırıq və münasibətlərimiz əladır. Venesuela çoxlu pul qazanır, biz də. Strateji ehtiyatımızı Venesuela nefti ilə çox aşağı qiymətə doldurmağa başlayacağıq", - o əlavə edib.

Digər xəbərlər

Almaniyada İŞİD-çi saxlanılıb 02 oktyabr, 2026 / 01:45