Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə yekun qərar qəbul edib və bu barədə BMT Baş katibi Antonio Quterreşə məlumat verib.
"Report" xəbər verir ki, bu barədə respublikanın xarici işlər və xarici ticarət naziri Feliks Plasensia öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Venesuelanın Prezidenti vəzifələrini icra edən Delsi Rodriqesin tapşırığı ilə Karakas Roma statutunu rəsmən denonsasiya edib və BCM-dən yekun çıxış proseduruna başlayıb.
Plasensia bildirib ki, Venesuela hakimiyyətinin fikrincə, məhkəmənin fəaliyyəti "açıq coğrafi qərəzlilik" ilə səciyyələnir və qeyri-mütənasib şəkildə Afrika və Latın Amerikası ölkələrində mərkəzləşib ki, bu da Qlobal Cənub dövlətlərinə ziyan vurur.
Nazir həmçinin vurğulayıb ki, Venesuela dövlət suverenliyinə və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmətə əsaslanan beynəlxalq ədalət mühakiməsinə sadiqliyini qoruyub saxlayır.