Vaşinqtonda daşqın nəticəsində su bəndi yarılıb, ölən var

ABŞ-nin Vaşinqton ştatında qəfil daşqın nəticəsində Uayt-River çayı üzərindəki bənd yarılıb, bununla əlaqədar Pasifik şəhərinin sakinləri təxliyə edilib.

"Report"un "ABC News"a istinadən xəbərinə görə, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Hadisə nəticəsində 33 yaşlı kişi həyatını itirib. Qeyd olunur ki, onun idarə etdiyi avtomobili sel aparıb.

"Avtomobil yoldan çıxaraq dərəyə düşüb. Xilasedicilər maşını taparaq sürücünü çıxarıblar, lakin o artıq ölmüşdü", – yanğınsöndürmə dairəsinin məlumatında deyilir.

Digər xəbərlər