Uqandada mikroavtobusla yük maşını toqquşub, 9 nəfər ölüb

Uqandanın mərkəzində yük maşını və mikroavtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, qəza iyulun 9-da Luviro şəhəri ərazisində baş verib. Ölənlərlə yanaşı, daha 5 nəfər yaralanıb.

Müəyyən edilib ki, avtobus təkəri partlayıb və idarəetmədən çıxan nəqliyyat vasitəsi ona doğru hərəkət edən yük maşını ilə toqquşub.

Digər xəbərlər