Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini uzadan qanunları imzalayıb.
"Report"un məlumatına görə, müvafiq sənədlər Ali Radanın saytında dərc olunub.
Qəbul edilən qərarlara əsasən, hərbi vəziyyət və səfərbərlik daha 90 gün - 4 may 2026-cı ilə qədər qüvvədə qalacaq.
Xatırladaq ki, Ali Rada hərbi vəziyyətin daha da uzadılması və səfərbərlik barədə qərarı yanvarın 13-də qəbul edib.