Ukrayna Baş naziri Denis Şmıqalla norveçli həmkarı Yonas Qahr Stere arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bunu D.Şmıqal tviter səhifəsində yazıb.
Tərəflər Rusiyaya qarşı birgə mübarizə planını müzakirə ediblər.
Hökumət başçıları həmçinin Ukraynanın qazla təmin edilməsi barədə fikir mübadiləsi aparıblar.