Ukrayna idmançıları Rusiya və ya Belarus idmançılarının da neytral statusda mübarizə apardığı yarışlarda iştirak edə biləcəklər.
“Report” bu barədə “RBC-Ukrayna”ya istinadən xəbər verir.
Ukrayna Gənclər və İdman Nazirliyinin əmrinə əsasən, məhdudiyyətlər yalnız bu ölkələrin nümayəndələri öz dövlət bayraqları altında yarışlarda iştirak etdikdə qüvvədə qalır.
Sənəd həmçinin Ukrayna idmançılarına Rusiya və/və ya Belarusu təmsil edən idmançıların öz milli rəmzlərindən istifadə etdikləri, Rusiyaya və Belarusa mənsub olduqlarını ictimai hərəkətləri və ya bəyanatları ilə ifadə etdikləri yarışlarda iştirakını qadağan edir.