Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri işğal olunmuş Krımda Şimali Krım kanalı üzərindəki dəmiryolu körpüsünün məhv edildiyini bəyan edib.
Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.
Bildirilib ki, Razdolnoye kəndi yaxınlığındakı körpü iyunun 22-dən 23-nə keçən gecə məhv edilib.
Xüsusi Əməliyyat Qüvvələrinin məlumatına görə, bu obyekt Rusiya tərəfindən yüklərin, resursların və hərbi materialların daşınması üçün istifadə edilən mühüm hərbi-logistika arteriyası olub.