Bakı. 31 oktyabr. REPORT.AZ/ Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu Aleksandr bu gün Milli Antikorrupsiya Bürosunun (MAB) əməkdaşlarının aparılan axtarışlarından sonra saxlanılıb.
"Report" "112 Ukrayna" telekanalına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin sabiq məsləhətçisi İlya Kiva məlumat verib.
O, A.Avakovun oğlunun axtarışı zamanı telefonlar və planşetlərin aşkar olunaraq müsadirə edildiyini vurğulayıb.