​Türkmənistan prezidenti çay haqqında kitab yazıb

Bakı. 19 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Novruz bayramı münasibəti ilə "Çay - dərman və ilham" adlı kitab yazıb.

"Report" xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat verib.

O yeni kitabını hökumət və Dövlət Təhlükəsizlik Şurasının birgə iclasında təqdim edib.

"Mən bu gün bu kitabı sizə və doğma xalqımıza hədiyyə edirəm", — deyə prezident bildirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12