Türkiyənin cənub-şərqində PKK terrorçularının 19 sığınacağı məhv edilib

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyat davam edir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlarda təhlükəsizlik qüvvələrinin 7 minədək əməkdaşı iştirak edir.

Diyarbəkir rəhbərliyinin verdiyi xəbərə görə, son sutka ərzində Lise rayonunda terrorçulara kömək etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Eyni zamanda iki yaşayış məntəqəsindəki 8 evdə axtarışlar aparılıb.

Məlumatda həmçinin qeyd olunur ki, martın 5-dən başlayan əməliyyatlarda terrorçuların 19 sığınacağı və 7 obyekti, həmçinin külli miqdarda narkotik maddələri məhv edilib.  

Digər xəbərlər