Türkiyədə miqrantları daşıyan qayıq qəzaya uğrayıb, 4 nəfər ölüb, daha 20 nəfər itkin düşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyədə miqrantları daşıyan qayıq qəzaya uğrayıb. 

"Report" DHA-ya istinadən xəbər verir ki, hadisə Qara dəniz sahillərində, Kocaeli əyalətinin Kefken rayonunda baş verib.

Qəza nəticəsində ən azı 4 nəfər ölüb, daha 20 nəfər itkin düşüb.

Türkiyə Sahil Mühafizə Xidməti 38 miqrantı xilas edib, itkin düşənlərin axtarışları davam etdirilir. 

Digər xəbərlər