Türkiyədə 11 terrorçu zərərsizləşdirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyədə 11 terrorçu hərbçilər tərəfindən zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Şırnak vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Həmçinin Diyarbəkirdə də terror əleyhinə keçirilən əməliyyat zamanı daha 5 terrorçu zərərsizləşdirilib.

Bununla yanaşı, İraqın şimalına qaçan 5 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub. Terrorçulardan xeyli miqdarda silah-sursat müsadirə edilib. 

Digər xəbərlər

Dubayda PUA binaya düşüb 12 mart, 2026 / 05:42