Türkiyə 2026-cı ildə keçiriləcək NATO sammitinə ev sahibliyi edəcək

NATO-nun növbəti sammiti Niderlandda keçiriləcək. 2026-cı ildə isə tədbirə Türkiyə ev sahibliyi edəcək.

“Report” xəbər verir ki, bu barədə NATO-nun dövlət və hökumət başçılarının görüşünün yekun bəyannaməsində deyilir.

“Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçiriləcək növbəti Zirvə Toplantımızda yenidən görüşməyi, ardınca isə Türkiyədə görüşməyi səbirsizliklə gözləyirik”, – sənəddə qeyd olunub.

Digər xəbərlər

Kiyevin enerji sistemi bərpa olunur 31 yanvar, 2026 / 19:50