Trayan Besesku Moldova vətəndaşlığından məhrum edilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Moldovanın yeni prezidenti İqor Dodon Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskunu bu yaxınlarda aldığı Moldova vətəndaşlığından məhrum edib.

"Report" xəbər verir ki, o öz "Facebook" səhifəsində bu barədə fərman imzaladığını bildirib.

2016-cı ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Timofti Beseskuya respublika vətəndaşlığı verib. Dodon isə prezident seçiləcəyi təqdirdə Beseskunu vətəndaşlıqdan məhrum edəcəyini bildirmişdi.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12