ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qəzza zolağında planlaşdırılan işlər bu Fələstin anklavını tamamilə dəyişəcək.
"Report"un Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, o bunu "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində bildirib.
"Hər şey məkanla başlayır. Mən dedim: dəniz yaxınlığındakı bu əraziyə baxın. Bu qədər insan üçün nəyə çevrilə bilər. Bu inanılmaz olacaq. Hazırda çox pis şəraitdə yaşayan insanlar çox yaxşı yaşayacaqlar. Ancaq hər şey məhz həmin yerdən, qoyulmuş o baxışdan başlayır", - o qeyd edib.