Tramp Meksikada narkokartellərə qarşı əməliyyata başlaya bilər

ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı quruda əməliyyatlara başlamaq planını açıqlayıb.

"Report" xəbər verir ki, o bu barədə "Fox News"ə müsahibəsində bildirib.

"Biz su yolu ilə gələn narkotiklərin 97%-nin qarşısını aldıq və indi qurudakı kartellərə zərbələr endirməyə başlayacağıq", - Prezident qeyd edib.

D.Tramp həmçinin vurğulayıb ki, narkokartellər Meksika üzərində böyük hakimiyyətə malikdirlər.

"Kartellər Meksikanı idarə edir. Bu ölkədə baş verənləri müşahidə etmək çox kədərlidir", - o əlavə edib.

Digər xəbərlər